Rəhbərlik


KİFAYƏT AĞALAROVA

30 dekabr 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. İlk ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında “Sənayedə istilik energetikası” üzrə alıb (1996). Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirərək, ikinci ali təhsilini başa vurub (2010).

Əmək fəailyyəti dövründə müxtəlif müəssisələrdə rəhbər vəzifələrdə çalışıb. 2007-2009-ci illərdə “Akkord İnşaat” MMC-nin Maliyyə Departamentinin və Administrativ Departamentin Direktoru, 2009-2018-ci illərdə “Dəmirbank” ASC-nin Əməliyyat İdarəsi filialının Korporativ Müştərilər və Kreditləşdirmə şöbəsinin müdiri, Əməliyyat filialının müdir müavini və filial müdiri, 2020-ci ildə “Synergy Group” MMC-nin Maliyyə Departamentinin Büdcə və Büdcəyə nəzarət şöbəsinin müdiri vəzifələrini icra edib.

11 yanvar 2021-ci ildən “Prior Credit BOKT” ASC-nin baş direktoru vəzifəsində çalışır.