Kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərin biznesləri təhlil olunaraq dövriyyə vəsaitlərinin artırılması, əsas vəsait alınması üçün kreditlərin verilməsini nəzərdə tutur. Kiçik ticarət, istehsalat, xidmət, kənd təsərrüfatı və.s sahələrdə fəaliyyət göstərənlər hədəf müştərilərdir.
Daha ətraflı:
Yaş həddi |
20-65 yaşadək (kreditin bitmə tarixinə) Qeyd: 65 yaşından yuxarı müştərilərin ailə üzvlərindən biri Zamin qismində çıxış etməlidir (Yaş həddi zaminlərə də şamil olunur) |
Məbləğ | 500 - 15000 AZN-dək |
Müddət | minimum 3 ay - maksimum 36 ay |
Faiz dərəcəsi |
Məbləğ 10000 AZN-dən yuxarı, müddət 6 ayadək kreditlərin illik faizi – 20% 6-12 ayadək - 21% 13-24 ayadək - 22% 25-36 ayadək - 24% |
Komissiya |
Müddət 24 ayadək – 1% (Minimal 50 AZN) 24 aydan yuxarı – 2% (Minimal 50 AZN) |
Əlavə məlumat:
Cərimə | Əlavə 36% illik |
Aylıq gəlirə dair tələb | Biznesin müştəriyə aid olmasını sübut edən bütün sənədlər və ya bunu təsdiq edən faktlar kredit komitəsinə təqdim edilməlidir. Müştərinin biznesinin foto və video görüntüləri çəkilərək işə əlavə olunmalıdır (komitə üçün). Təhlil zamanı biznesin: müvafiq memorandum blanklarının tələbinə əsasən, balans hesabatı; gəlir və xərclər hesabatı tərtib edilməlidir. Qeyd edilən maliyyə hesabatlarının hər bir bəndi detallı təhlil edilərək, müştərinin sahibkar fəaliyyəti araşdırılmalıdır. Potensial borcalanın fəaliyyəti, habelə onun gəlir və xərcləri ətraflı təhlil olunur və xalis gəliri müəyyənləşdirilir. |