Şirkət haqqında


“Prior Credit Bank olmayan kredit təşkilatı” ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 23 sentyabr 2020–ci il tarixində verilmiş BKT-35 nömrəli lisenziya əsasında həyata keçirir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni nümayəndəliklərin yaradılmasına və iş prosesində innovativ  texnologiyaların istifadəsinə üstünlük verir. “Prior Credit BOKT” olaraq hər zaman daha yaxşı xidmət göstərmək və fəaliyyət sahəmizi genişləndirmək üçün professional komandamızla bərabər əzmlə çalışaraq, müştərilərimizə nağd pul və biznes kreditlərini sərfəli şərtləri ilə əldə edilməsini təklif edirik.