Zəmanət


Bu məhsul üzrə şərtlər Mikro Sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərin biznesləri təhlil olunaraq gübrə və toxum alınması üçün ödəniş qarantiyası verilməsini nəzərdə tutur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müştərilər hədəf müştərilərdir.

 

Ətraflı:

Müddət Maksimum 12 ay
Məbləğ 200 - 10 000 AZN
Rəsmiləşdirmə komissiyası 5%
Yaş həddi Qeyd: 65 yaşından yuxarı müştərilərin ailə üzvlərindən biri zamin durmalıdır.

Daha ətraflı:

Cərimə Qarantiya çərçivəsində Benefisiarın tələbi "Qarant" tərəfindən ödənilərsə, bu, "Qarant" tərəfindən "Prinsipial"-a tələbin ödənildiyi məbləğdə və valyutada kreditin verilməsi hesab olunur. "Prinsipial" ona verilmiş kredit məbləğini illik 48% (qırx səkkiz faiz) dərəcəsindən artıq olmamaq şərti ilə "Qarant"-a qaytarmağı öhdəsinə götürür.
Aylıq gəlirə tələb Təhlil zamanı biznesin: müvafiq memorandum blanklarının tələbinə əsasən, balans hesabatı; gəlir və xərclər hesabatı tərtib edilməlidir. Qeyd edilən maliyyə hesabatlarının hər bir bəndi detallı təhlil edilərək sahibkar fəaliyyəti araşdırılmalıdır. Potensial borcalanın fəaliyyəti, habelə onun gəlir və xərcləri ətraflı təhlil olunur və xalis gəliri müəyyənləşdirilir.
Qarantiyanın şərtləri
- Subsidiya məbləğı bu il üçün EKTİSda bəyan olunubsa və müştəri keçən il subsidiya alıbsa 3 000 AZN-dək
- Subsidiya məbləği bu il üçün EKTİSda təsdiqlənibsə və müştəri keçən il subsidiya alıbsa müştəriyə 10 000 AZN-dək Qarantiya verilə bilər.
- Qarantiyanın məbləğı bu il bəyan/təsdiqlənmiş subsidiyanın məbləğindən 100%-n çox ola bilməz.
Təsdiq qaydası
STANDART şərtlərə 10 000 AZN-dək Ödəniş Qarantiyası aşağıdakı qaydada təsdiqlənir:
200 - 3000 AZN-dək MKŞ-nin anderraytinq mütəxəssisi
3 001 - 10 000 AZN-dək Biznes kreditlər şöbəsinin müdiri

 

Müddət (ay)

Kredit məbləği (AZN)

Ümumi məbləğ

AZN

Faiz dərəcəsi (illik %)

20

Faiz məbləği

AZN

Aylıq ödəniş

AZN

Onlayn sifariş

Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların Kredit Bürosuna təqdim edilməsinə və ya Kredit Bürosundan kredit hesabatının əldə edilməsinə razılıq verirəm