Məxfilik siyasəti


Məxfilik siyasəti

Bu Məxfilik siyasəti (bundan sonra — Siyasət) Priorcredit.az veb-saytı (bundan sonra — Priorcredit.az) istifadə zamanı İstifadəçilərin fərdi məlumatlarının yığılması, emalı, saxlanması və qorunması qaydalarını özündə əks etdirir.

Fərdi məlumatların emalı "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanunun, eləcə də digər qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilir.

Yalnız xidmətlərin göstərilməsi üçün zəruri olan fərdi məlumatları toplanır və qanunvericilikdə nəzərdə tutulmuş hallar üzrə istifadəyə verir.

İstifadəçi Siyasəti imzalamaqla, 18 yaşdan yuxarı olduğunu, öz hərəkətlərindən tam xəbərdar olan və onlara nəzarət edən, könüllü və öz maraqlarınız üçün hərəkət edən şəxs olduğunu təsdiq edir.

1. Ümumi müddəalar

Toplanan məlumatlar və İstifadəçi ilə yaranan münasibətlər Siyasətin əhatə dairəsinə daxildir. Priorcredit.az yalnız xidmətlərin göstərilməsi üçün zəruri olan fərdi məlumatları yığır.

Sayt və tətbiqdən istifadə zamanı İstifadəçi öz mülahizəsinə əsasən qurğusunun bəzi funksiyalarına icazə verə bilər; misal üçün, coğrafi mövqenin müəyyənləşdirilməsi və kamera istifadəsi üçün icazə tələb oluna bilər. Toplanan məlumatlar yalnız İstifadəçi tərəfindən seçilən və Sistemə ötürülən məlumatlardan ibarədir. Əgər İstifadəçi cihazın funksionallığından imtina edərsə, veb-saytın və ya mobil tətbiqin bəzi funksionallıqları məhdudlaşa bilər.

2. Fərdi məlumatlar haqqında

Fərdi məlumatların emalı "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanunun, eləcə də digər qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilir.

Yalnız xidmətlərin göstərilməsi üçün zəruri olan fərdi məlumatları toplanır və qanunvericilikdə nəzərdə tutulmuş hallar üzrə istifadəyə verir.

İstifadəçi Siyasəti imzalamaqla, 18 yaşdan yuxarı olduğunu, öz hərəkətlərindən tam xəbərdar olan və onlara nəzarət edən, könüllü və öz maraqlarınız üçün hərəkət edən şəxs olduğunu təsdiq edir.

3. Toplanan Fərdi Məlumatların Növləri

Priorcredit.az veb-saytı və mobil tətbiqi İstifadəçiyə məxsus aşağıdakı məlumatları toplaya bilər:

  • Şəxsiyyət vəsiqəsi və şəxsiyyət məlumatları
  • Fərdi identifikasiya nömrəsi (FİN)
  • Doğum tarixi, cinsiyyəti, vətəndaşlığı
  • Əlaqə məlumatları — mobil telefon nömrəsi və e-poçt ünvanı
  • Ünvan — yaşayış yeri və ünvan məlumatları
  • Bank hesabı və kart məlumatları — kreditin həyata keçirilməsi, ödənişlərin aparılması məqsədilə
  • Gəlir və iş yeri barədə məlumatlar — kredit müraciətinin qiymətləndirilməsi üçün zəruri məlumatlar
  • Kredit tarixçəsi — İstifadəçinin kredit ödənişləri üzrə əvvəlki məlumatlar
  • Texniki məlumatlar — IP ünvanı, istifadə olunan cihaz və brauzer barədə texniki göstəricilər
  • Coğrafi mövqe — Yer məlumatları (GPS)
  • Saytdan və tətbiqdən istifadə zamanı — giriş tarixi və vaxtı, səhifə baxışları və digər analitik məlumatlar
  • Kamera məlumatları — əgər İstifadəçi icazə verərsə, mobil cihazın kamerasından alınan şəkillər
  • Digər ümumi məlumatlar — İstifadəçinin kreditə müraciəti üçün doldurduğu digər sorğu formaları

4. Məlumatların Toplanmasının Məqsədləri

Toplanan fərdi məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:

  • Yeni hesabın yaradılması, istifadəçi profilinin təsdiqi və hesabına girişin təmin edilməsi
  • Kredit məhsulları üçün ərizənin qəbulu, yoxlanılması və icrası
  • Gəlir, borc yükü və risklərin analizi
  • Kredit müqavilələrinin hazırlanması, ödənişlərin idarə olunması
  • İstifadəçi sorğularının cavablandırılması, müraciətin, xidmət və ödənişlərin vəziyyəti barədə məlumat verilməsi
  • Lazımi dəstəyin göstərilməsi, qanunvericilikdə tələb olunan bildirişlərin göndərilməsi
  • Qanunvericiliyə zidd olmayan digər məqsədlər üçün

5. Məlumatların Saxlanması və Qorunması

Qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı hallarda, məlumatlar yalnız Siyasətdə göstərilən məqsədlər üçün zəruri olan müddət ərzində saxlanılır.

Şirkət məlumatların qorunması üçün texniki və təşkilati tədbirlər görür.

Məlumatlar yalnız xidmətin göstərilməsi, risklərin qiymətləndirilməsi və kredit tarixçəsinin aparılması məqsədilə, qanunla müəyyən edilmiş hallarda və istifadəçinin razılığı ilə partnyorlara və dövlət orqanlarına ötürülə bilər.

6. İstifadəçi Hüquqları

İstifadəçi aşağıdakı hüquqlara malikdir:

  • Özünə aid toplanmış və emal edilən fərdi məlumatlar, onların necə toplandığı və nə üçün istifadə olunduğu barədə məlumat almaq
  • Əgər saxlanılan məlumatlarda səhv və ya tam olmayan məlumat varsa, onun düzəldilməsini tələb etmək
  • Məlumatların işlənməsi məqsədləri aradan qalxdıqda və ya qanunla nəzərdə tutulmuş hallarda fərdi məlumatların silinməsini tələb etmək
  • Saxlanılan fərdi məlumatların surətinin verilməsini tələb etmək
  • Əvvəllər verilmiş şəxsi məlumatların emalına razılığını istənilən vaxt geri götürmək. Razılığın geri götürülməsi gələcəkdə tətbiq olunur və ondan əvvəl aparılan qanuni emala təsir etmir
  • Qanunvericilik ilə nəzərdə tutulan digər hüquqları həyata keçirmək

7. Məlumatların Təhlükəsizliyi

Şirkət fərdi məlumatların məxfiliyini qorumaq üçün müvafiq texniki və təşkilati tədbirlər görür. Məlumat bazaları şifrələmə ilə təmin olunur, məlumatlara giriş yalnız müvafiq icazəsi olan işçilər üçün açıqdır.

Hər bir İstifadəçi öz şifrə və giriş məlumatlarını qorumağa məsuliyyət daşıyır. Şirkət istifadəyə verdiyi informasiya sistemlərinin və əlaqə kanallarının təhlükəsizliyini daim nəzarətdə saxlayır.

İstifadəçi öz şəbəkə bağlantısının və cihazlarının təhlükəsizliyinə cavabdehdir.

8. Siyasətə Dəyişikliklər

Siyasətə qanunvericiliyə zidd olmayan dəyişikliklər edə bilər. Hər hansı dəyişiklik edildiyi halda yenilənmiş mətn Sayt və Mobil Tətbiqdə elan olunacaq.

Dəyişikliklər dərc edildikdən sonra Priorcredit.az-da istifadəni davam etdirən İstifadəçi yenilənmiş şərtləri qəbul etmiş hesab olunur. Dəyişikliklərlə razı olmayan İstifadəçi istifadəni dərhal dayandıra bilər.

Əgər İstifadəçi Siyasətdə edilən dəyişikləri qəbul etmədiyini bildirmək istəyirsə, bu barədə [email protected] ünvanına məktub yaza bilər.

9. Digər şərtlər

18 yaşdan kiçik şəxslərin məlumatları toplanılmır. Belə hallar aşkarlandıqda bu şəxslə bağlı bütün məlumatlar dərhal silinir.

Bu Siyasət yalnız Mobil tətbiqə və Sayta şamil edilir. Şirkət üçüncü şəxslərin veb-saytlarına nəzarət etmir və məsuliyyət daşımır.

İstifadəçinin öz təhlükəsizlik tədbirlərini pozmasından yaranan nəticələrə görə məsuliyyət Priorcredit.az-a aid deyil.

10. Yekun müddəalar

10.1. Bu Siyasət Priorcredit.az saytında dərc edildiyi andan qüvvəyə minir.

10.2. Siyasət ilə bağlı sual, təklif və iradlarınızı [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.